İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp ailəsi dron biznesinə girişir

ABŞ hərbi sahəsində diqqətçəkən müqavilə imzalanıb. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələri Tramp ailəsi ilə əlaqəli şirkətdən dron-alıcılar (interceptor dronlar) almağa razılaşıb. Söhbət “Powerus” şirkətindən gedir ki, bu quruma ABŞ prezidenti Donald Trampın oğulları sərmayə yatırıb. Şirkətin həmtəsisçisi və prezidenti Brett Velikoviç bildirib ki, ilk partiya dronlar Arizona ştatındakı hərbi bazada nümayişdən sonra Pentaqona təhvil veriləcək. Müqavilənin maliyyə həcmi açıqlanmayıb.

Məlumata görə, Pentaqon daha əvvəl hərbi dron layihələrinə 1,1 milyard dollar ayırmağı planlaşdırıb. “Powerus” isə ABŞ daxilində aylıq 10 minədək pilotsuz aparat istehsal etməyi hədəfləyir. Bu razılaşma ABŞ-nin İranla davam edən müharibəsi fonunda əldə olunub. Artıq üçüncü ayına daxil olan qarşıdurma Vaşinqtonu daha ucuz və effektiv müdafiə vasitələri axtarmağa məcbur edir. ABŞ müdafiə naziri Pet Heqset Pentaqonun bu müharibəyə artıq 25 milyard dollar xərclədiyini açıqlayıb. Şirkət rəhbəri Velikoviç iddia edir ki, onların hazırladığı sistemlər raketlərlə müqayisədə daha ucuzdur və vergi ödəyicilərinin vəsaitinə qənaət etməyə imkan verir.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR