Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Donald Tramp ABŞ Apellyasiya Məhkəməsinin qərarından ölkənin Ali Məhkəməsinə şikayət edəcəyini bildirib.
Tramp verilən qərara sərt reaksiya göstərərək deyib:
"Obama və Bayden tərəfindən təyin olunmuş iki apellyasiya hakimi Vaşinqtonun və bütövlükdə ölkəmizin milli təhlükəsizliyi üçün son dərəcə zəruri olan hərbi mərkəzin əleyhinə səs verdi. Biz dərhal ABŞ Ali Məhkəməsinə apellyasiya müraciəti edəcəyik. Bu ədalətsiz qərar Ali Məhkəmə tərəfindən tamamilə ləğv edilməlidir."
Ağ Evdəki tikinti işləri dayandırılıb
Xatırladaq ki, bundan əvvəl ABŞ Apellyasiya Məhkəməsi Donald Trampın Ağ Evdə 400 milyon dollarlıq özəl ianələr hesabına bal zalının inşasına başlamaqla öz səlahiyyətlərini aşdığına hökm edib. Məhkəmə obyektin yerüstü tikinti işlərinin dərhal dayandırılmasını tələb etmişdi.
Musavat.com
12 Avqust 2026
11 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ