İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Ankaradan hansı təyyarə ilə uçduğunu açıqladı: Olduğum təyyarə real təhlükədə idi

Prezident Donald Tramp iyulun əvvəlində ABŞ Gizli Xidmətinin məsləhəti ilə Türkiyəni öz təyyarəsindən fərqli bir təyyarə ilə gizli şəkildə tərk etdiyini təsdiqləyib.

Musavat.com xəbər verir ki, bu barədə Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri Bazasında jurnalistlərin suallarını cavablandırarkən danışıb:

"Bu, tamamilə Gizli Xidmətdən asılıdır. Mən sadəcə onların istədiyini edirəm. Onlar mənim fərqli bir təyyarədə uçmağımı istədilər. Beləliklə, mən də etdim".

Tramp həmçinin ictimaiyyətə açıqlanmayan çoxsaylı təhdidlərə məruz qaldığını bildirib: “Mənə qarşı bir çox təhdid var. Mən sizin bilmədiyiniz bir çox təhdidlərə məruz qalıram. İnanıram ki, təhlükə var idi. Bu barədə çox soruşmadım. Mənə qarşı bir çox təhdidlər var idi. Düşünürəm ki, olduğum təyyarə real təhlükədə idi. Düşünürəm ki, hədəf olmaq ehtimalı daha yüksək idi".

"The Washington Post" qəzetinin 10 avqustda yazdığına görə, Tramp 7-8 iyul tarixlərində Ankarada keçirilən NATO sammitindən sonra prezident təyyarəsinə minib. Lakin "bir neçə dəqiqə sonra o, gizli şəkildə ABŞ Hərbi Hava Qüvvələrinin C-32A təyyarəsinə aparılıb". Amerika lideri Türkiyəni bu təyyarə ilə tərk edib, baxmayaraq ki, Vaşinqton administrasiyası onun öz təyyarəsində olduğunu iddia edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR