İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Çinə çiplərin satışına icazə verə bilər

Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Trampın komandasının Nvidia şirkətinin H200 süni intellekt çiplərinin Çinə satışına icazə məsələsini müzakirə etdiyi bildirilir.

Bu barədə Bloomberg idarəetməyə yaxın mənbələrə istinadla məlumat yayıb.

Mənbələrin sözlərinə görə, məsələyə dair hələ yekun qərar verilməyib və proses istənilən anda dayandırıla bilər. Lakin belə addım ABŞ-ın son illərdə tətbiq etdiyi sərt texnoloji ixrac məhdudiyyətlərindən ciddi geri addım kimi qiymətləndirilə bilər və Pekin üçün mühüm güzəşt sayılır.

Nvidia rəhbəri Censen Huanqın güclü lobbiçilik səyləri də prosesə təsir edən əsas amillərdəndir. O xəbərdarlıq edib ki, mövcud sanksiyalar şirkəti böyük Çin bazarından kənarlaşdırır və rəqiblərin mövqeyini gücləndirir.

Müzakirələrlə bağlı xəbərlər yayıldıqdan sonra Nvidia-nın səhmləri 2%-dən çox bahalaşıb.

Bu addım ABŞ tərəfindən Çinə qarşı texnoloji məhdudiyyətlərin ən böyük yumşalması ola bilər. Qeyd edək ki, H200 çipi Çinə satılmasına icazə verilən H20-dən güclüdür, lakin hələ də ABŞ-ın qadağan etdiyi yeni nəsil Blackwell arxitekturasından zəif hesab olunur.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR