İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Kiyevə "AĞIR ARTİLLERİYA"sını göndərir: Şok səfərin TƏFƏRRÜATLARI

ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner ABŞ və Ukrayna prezidentləri Donald Tramp ilə Volodimir Zelenskinin Vaşinqtondakı danışıqlarından sonra Kiyevə səfər etməyə razılıq veriblər.

Musavat.com xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin həmsöhbətləri bildiriblər ki, Tramp və Zelenskinin komandaları Uitkoff və Kuşnerin yaxın iki həftə ərzində Kiyevə səfər edəcəyini gözləyirlər.

Bununla belə, səfərin dəqiq tarixi hələ müəyyənləşdirilməyib və dəyişə bilər.

Tramp ilə görüşdən bir həftə əvvəl Zelenski Uitkoff və Kuşnerlə telefon danışığı aparıb.

Tərəflər sülh prosesinin bərpasını müzakirə edib və Ukrayna ilə Amerika nümayəndə heyətləri arasında əlaqələrin davam etdirilməsi barədə razılığa gəliblər.

Musavat.com

Трамп отправляет «тяжелую артиллерию»: Уиткофф и Кушнер едут в Киев

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR