İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Kolumbiya prezidentinə söz verib ki...

ABŞ prezidenti Donald Tramp Kolumbiya prezidenti Qustavo Petro ilə telefon danışığında ona və ailəsinə qarşı sanksiyaların aradan qaldırılmasına kömək edəcəyini deyib.

Musavat.com xəbər verir ki, məlumatı Kolumbiya prezidenti X hesabında paylaşıb: "Ailəmin və mənim hələ də OFAC siyahısında olduğumu bilməməsinə təəccübləndim. O, bu məsələ ilə bağlı tədbir görəcəyinə söz verib".
Kolumbiya prezidentinin mətbuat xidmətinin məlumatına görə, söhbət zamanı Petro Trampı qanunsuz bitkilərin becərilməsini könüllü şəkildə tədricən dayandırmağa yönəlmiş proqram vasitəsilə koka yarpağı becərilməsinə qarşı mübarizədə əldə edilən irəliləyişlər barədə məlumatlandırıb. Kolumbiya lideri həmçinin seçilmiş prezident Abelardo de la Espriellanın hökuməti ilə dialoqa hazır olduğunu bildirib.

Söhbətin sonunda ABŞ prezidenti Kolumbiya prezidentinə təşəkkür edib: "Sizinlə görüşən kimi bildim ki, siz yaxşı insansınız". O, həmçinin gələcəkdə Prezident Qustavo Petro ilə digər mövzuları da müzakirə edəcəyinə ümid etdiyini bildirib.

2025-ci ilin oktyabr ayında ABŞ Maliyyə Nazirliyi Petroya, onun həyat yoldaşına və oğluna qarşı sanksiyalar tətbiq edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyul 2026

04 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR