İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Maduronu lağa qoydu: “Mənim rəqsimi oğurlamağa çalışır”

ABŞ prezidenti Donald Tramp Venesuelanın keçmiş lideri Nikolas Maduro barədə sərt və istehzalı açıqlamalar verib.

Musavat.com xəbər verir ki, Tramp Maduronun çıxışlarını və davranışlarını tənqid edərək, onun hətta öz rəqs hərəkətlərini belə təqlid etməyə çalışdığını deyib.

“Bu, qəddar bir adamdır. Səhnəyə çıxır və mənim rəqsimi bir az kopyalamağa çalışır. O, milyonlarla insanı öldürüb. Karakasın mərkəzində onların gizlətməyə çalışdığı işgəncə kamerası var”, — deyə ABŞ prezidenti bildirib. 

Tramp açıqlamasında həyat yoldaşı Melaniyanın onun rəqslərinə münasibətinə də toxunub. ABŞ prezidenti deyib ki, Melaniya onun rəqs etməsini bəyənmir və tez-tez bunu uyğun hesab etmədiyini bildirir.

“Arvadım mənim rəqs etməyimə nifrət edir. Mənə deyir: ‘Sən Ruzveltin rəqs etdiyini təsəvvür edə bilirsənmi?’” — deyə Tramp əlavə edib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR