İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Ukrayna böhranının həllində ən çox ona güvənir

ABŞ prezidenti Donald Tramp Ukrayna böhranının həllində ən çox etibar etdiyi fiqurlardan birini, kürəkəni və xüsusi elçisini, milyarder Jared Kuşneri ön plana çıxarıb.

Musavat.com xəbər verir ki, CNN-in məlumatına görə, Kuşner bu mövzuda “aydın diplomatik ideyalara” malikdir və faktiki olaraq Kreml istiqamətində danışıqlara daxil olub.

Kuşnerin Rusiyaya marağı yeni deyil. O, hələ 2016-cı ildə Moskva ilə gizli əlaqə kanalının qurulmasının tərəfdarı idi. Yəhudi əsilli biznesmen həm şəxsi biznes layihələri, həm də ABŞ Konqresində güclü İsrail lobbisinin dəstəyi səbəbilə Rusiya ilə mümkün əməkdaşlığa xüsusi maraq göstərir.

Trampın Kuşnerə verdiyi geniş səlahiyyətlər onun gələcək sülh planlarının əsas istiqamətini müəyyən edə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR