İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp ukraynalıların geri qaytarılmasını planlaşdırır

ABŞ prezidenti Donald Trampın administrasiyası ölkədə yaşayan əhəmiyyətli sayda ukraynalı vətəndaşın ölkələrinə göndərilməsi ilə bağlı plan hazırlayır.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı "The Washington Post" yayıb.

Mənbənin iddiasına görə, administrasiyanın mühacirət siyasətində sərtləşməyə gedəcəyi, xüsusilə müvəqqəti statusla yaşayan ukraynalıların ölkədən çıxarılmasının gündəmdə olduğu bildirilir. Hazırda məsələ ilə bağlı rəsmi açıqlama verilməsə də, məlumat ABŞ ictimaiyyətində geniş rezonans yaradıb.

Qeyd edilir ki, qərar qəbul olunacağı halda proses mərhələli şəkildə həyata keçiriləcək. ABŞ rəsmilərinin yaxın günlərdə mövzuya dair rəsmi mövqe açıqlayacağı gözlənilir.

Musavat.com

Attachment

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR