Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Ukrayna və Rusiya arasında sülh prosesini təşviq etmək məqsədilə hər iki ölkəyə təhlükəsizlik zəmanətləri təklif edib.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı "Reuters" xəbər agentliyi yayıb.
Mənbənin bildirdiyinə görə, Tramp bu addımı Ukrayna müharibəsinin uzanmasının qarşısını almaq və gərginliyi diplomatik yolla azaltmaq üçün atmaq niyyətindədir.
Eyni zamanda ABŞ prezidenti Ukraynaya “Tomahawk” uzaqmənzilli raketlərinin verilməsindən imtina edib, bunun diplomatik səylərə zərbə vura biləcəyini əsas gətirib.
Trampın bu bəyanatı Vaşinqtonda müxtəlif reaksiyalar doğurub – bəziləri bunu sülhə yönəlmiş realist addım, digərləri isə Kiyevə dəstəyin zəifləməsi kimi qiymətləndirir.
Musavat.com
09 Sentyabr 2026
08 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ