Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin Alyaskada planlaşdırılan görüşü sərt vaxt çərçivəsi olmadan həyata keçirəcəklər.
Musavat.com xəbər verir ki, NTV-nin məlumatına görə, görüş əvvəlcə təkbətək formatda, yalnız tərcüməçilərin iştirakı ilə keçiriləcək. Daha sonra danışıqlar iş naharı formatında davam edəcək və bu mərhələdə dövlət başçılarına nümayəndə heyətlərinin üzvləri qoşulacaq.
NTV qeyd edir ki, sammitin müddəti müəyyən edilməyib və bütün proses danışıqların inkişafından asılı olacaq. Görüşün sonunda həm Putin, həm də Tramp mətbuat qarşısına çıxacaq.
Əvvəlcə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov da görüşün müddətinin danışıqların gedişatından asılı olacağını bildirmişdi.
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ