Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığı baş tutub.
Musavat.com xəbər verir ki, bu barədə Zelenski açıqlama verib.
Onun sözlərinə görə, tərəflər Ukrayna üzrə nizamlanma ilə bağlı üçtərəfli görüşün keçirilməsini müzakirə ediblər. Bildirilib ki, görüşün mart ayının əvvəlində baş tutması planlaşdırılır.
Zelenski qeyd edib ki, telefon danışığında ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner də iştirak edib.
Ukrayna lideri görüşün əsas məqsədinin münaqişənin siyasi həlli istiqamətində danışıqların davam etdirilməsi olduğunu vurğulayıb.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ