Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Qrenlandiyanın ikinci müddətinin sonuna qədər Vaşinqtonun əməliyyat nəzarəti altına keçə biləcəyinə inanır.
Musavat.com xəbər verir ki, o, bu barədə "Real America's Voice" verilişinə verdiyi müsahibədə danışıb.
Aparıcı Stiv Qruber Trampın ikinci müddətində Qrenlandiyanın ABŞ-ın əməliyyat nəzarəti altına keçəcəyi ilə bağlı əvvəlki proqnozunu xatırladıb. "Bunu mərc etsəniz, haqlı olarsınız", Tramp cavab verib - "Qrenlandiya çox vacibdir. Buna mərc etməlisiniz."
Musavat.com
04 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ