İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Zelenskiyə ultimatum verdi – sülh planına cavab üçün cəmi bir neçə gün vaxt qoyuldu

Musavat.com xəbər verir ki, “Financial Times” ABŞ Prezidenti Donald Trampın Ukraynaya təqdim etdiyi sülh planına cavab üçün bir neçə günlük müddət müəyyən etdiyini yazır.

Məlumata görə, Tramp administrasiyasının hazırladığı plan Kiyevdən ciddi ərazi güzəştləri tələb edir. Əvəzində isə hələ də dəqiq açıqlanmayan, məzmunu tam aydın olmayan təhlükəsizlik təminatları vəd edilir.

Musavat.com-un məlumatına görə, Vaşinqton planın detallarını açıqlamaqdan yayınır. Bu isə həm Ukraynada, həm də Avropanın əsas müttəfiqləri arasında ciddi narahatlıq yaradıb.

Kiyev rəsmiləri bildirirlər ki, sənədin bəzi maddələri Moskvanın maraqlarına daha çox uyğun gəlir və Tramp administrasiyasının Zelenskiyə təzyiqi getdikcə artır. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Avqust 2026

24 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR