İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan İranın hədələrinə SƏRT REAKSİYA - Nüvə silahı ilə...

ABŞ prezidenti Donald Tramp İranın Yaxın Şərqdə fəaliyyət göstərən iri Amerika şirkətlərinə qarşı hədələrindən narahat olmadığını bildirib.

Musavat.com xəbər verir ki, Ağ Evdə jurnalistlərin suallarını cavablandıran dövlət başçısı İran tərəfinin bəyanatlarını ironiya ilə qarşılayıb.

Jurnalistlərin İranın təhdidləri ilə bağlı sualına Tramp belə cavab verib: "Onlar şirkətləri nə ilə hədələyiblər? Peyntbol silahı ilə? Nə ilə hədələyiblər?"

Ağ Ev rəhbəri fikirlərinə davam edərək İranın bu addımı ata bilməyəcəyini vurğulayıb: "Dedilər ki, onları partladacaqlar? Bilirsiniz nəyi etməyəcəklər? Onlara nüvə silahı ilə zərbə endirməyəcəklər".

Jurnalistin İranın hədələrinin onda hər hansı bir narahatlıq yaradıb-yaratmadığı barədə təkrar sualına isə ABŞ prezidenti qısa olaraq "Xeyr" cavabını verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR