Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp İranda etirazların zorakılıqla yatırılması ehtimalına sərt reaksiya verib.
Musavat.com xəbər verir ki, Trampın açıqlamasında Tehran rejiminin dinc etirazçılara qarşı güc tətbiq etməsi halında Vaşinqtonun kənarda qalmayacağı açıq şəkildə vurğulanıb.
Prezident bildirib: “Əgər İran həmişəki kimi dinc etirazçıları atəşə tutub vəhşicəsinə öldürsə, Amerika Birləşmiş Ştatları onların köməyinə gələcək. Biz hazırıq və tam silahlanmışıq.”
Bu bəyanat İranda son günlər genişlənən etirazlar, təhlükəsizlik qüvvələrinin sərt müdaxilələri və beynəlxalq ictimaiyyətin artan narahatlığı fonunda səslənib. Trampın sözləri Vaşinqtonun İran daxilində baş verən prosesləri yaxından izlədiyini və mümkün ssenarilərə hazır olduğunu göstərən ən açıq mesajlardan biri kimi qiymətləndirilir.
Musavat.com
25 Avqust 2026
01:06 Qonşu ölkədə məktəbli forması məcburiləşir – tam dəstin qiyməti bəlli oldu, imtina edənləri...
24 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ