İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan Tehrana ultimatum: Etirazçılara güllə atılsa, İrana zərbə endiriləcək - VİDEO

ABŞ prezidenti Donald Tramp İranda davam edən etirazlarla bağlı Tehrana açıq və sərt xəbərdarlıq edib.

Musavat.com xəbər verir ki, Tramp bildirib: "Əgər etirazlar zamanı nümayişçilərin öldürülməsinə yol verilərsə, ABŞ buna çox ağır cavab verəcək".

Amerika lideri İrandakı vəziyyətin son dərəcə gərgin olduğunu vurğulayıb: “Bunu demək istəmirdim, amma deyəcəyəm — onların vəziyyəti yaxşı deyil. Onlar çox pis durumdadırlar. Mən onlara açıq şəkildə bildirmişəm ki, əgər insanlar öldürülməyə başlasa — hansı ki, etirazlar zamanı bunu tez-tez edirlər — biz onları çox sərt şəkildə vuracağıq”.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR