İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın arzusunun fotosu – “Raşmorda büstüm olsun”

Bu, real şəkil deyil, süni intellektlə düzəldilib, amma ABŞ prezidenti Donald Trampın ən ülvi arzusunu ifadə edir.

Bu gün Trampın özü tərəfindən yayılan videoçarxın lap sonunda belə bir görüntü var: dağda barelyefləri yonulmuş dörd ABŞ prezidentinin sırasında 5-ci olaraq Trampın da büstü görünür.

Bu barelyeflər Cənubi Dakotada yerləşən Raşmor dağı milli memorialında (Mount Rushmore National Memorial) təsvir olunub.

Qaya üzərində təsvirləri yonulmuş prezidentlər bunlardır:

rasmoor.jpeg (87 KB)

Corc Vaşinqton (ABŞ-nin qurucusu);

Tomas Cefferson (ABŞ-nin istiqlal bəyannaməsinin müəllifi);

Teodor Ruzvelt (ABŞ-nin iqtisadi inkişafı və sənayeləşməsinin rəmzi);

Avraam Linkoln (ABŞ-ni parçalanmaqdan qurtaran və quldarlığı ləğv edən prezident).

Abidənin hündürlüyü 18 metrdir və o, ABŞ tarixinin ilk 150 illik dövrünü əks etdirir.

Donald Tramp istəyir ki, qayalıqda onun da barelyefi, büstü olsun. Çünki o, özünü ABŞ-ni “yenidən böyük edən” prezident hesab edir.

Tramp bu arzusunu Cənubi Dakotanın qubernatoruna da bildirib, amma hələlik Raşmorda ondan ötrü qaya yonan yoxdur. Güman ki, bu, bir ştat qubernatorunun həll edəcəyi məsələ deyil, Konqresin rizası olmalıdır.

Beləcə, Raşmor dağında 18 metrlik barelyefə malik olmaq niyyəti Trampa rahatlıq vermir və o, süni intellektlə ərsəyə gətir(tıdiyi videoçarxda bir daha bu arzusunu dünyaya görk edir. Bu, onun iki böyük arzusundan biridir. Trampın digər arzusu Nobel sülh mükafatı almaqdır, ancaq o da ballistik raketlərlə vurulur.

Görək, arzularla yaşayan prezident sağlığında onların hansının reallaşdığını görəcək.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR