Onlayn ictimai-siyasi qəzet
ABŞ-da Donald Trampın MAGA hərəkatına yaxınlığı ilə tanınan pastor Hank Kunneman Venesuela neftinin “dünyəvi və ruhani müharibənin mərkəzində” olduğunu iddia edib.
Musavat.com xəbər verir ki, o, son vaizində ABŞ-ın Venesuela prezidenti Nikolas Maduronu ələ keçirməsini “ilahi müdaxilə” kimi təqdim edib və bunun “şeytani güclərin təmizlənməsi” üçün baş verdiyini söyləyib.
Kunnemana görə, Venesuelanın enerji ehtiyatlarını nəzarətə götürmək “dünya nizamı” qurmağa çalışan qüvvələrə qarşı mübarizənin tərkib hissəsidir. Pastor ölkənin nefti ilə “Tanrının ruhani nefti” arasında paralel quraraq deyib:
“Bu mənim yenidən başlatmamdır. Təbiətin nefti və ruhun nefti mənimdir, deyir Rəbb”.
Kunneman həmçinin valyutaların dəyərlərinin dəyişəcəyi və qlobal güc balansında “ruhani və təbii yollarla” dönüş baş verəcəyini “proqnozlaşdırıb”.
O, Venesuela əməliyyatının ABŞ tərəfindən həyata keçirilməsinin Tanrı tərəfindən təsdiq olunduğu da iddia edib:
“Tanrı mənə dedi ki, bu, ilahi müdaxilədir və millətləri şeytani mövqelərdən təmizləyəcək”.
Pastor bunun Latın Amerikasına “böyük azadlıq gətirəcəyini” də deyib.
Kunnemanın çıxışı ABŞ-də son dövrdə dini narrativlərin geosiyasi hadisələrlə birləşdirilməsi tendensiyası fonunda müzakirə olunur.
Musavat.com
12 Iyun 2026
11 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ