Onlayn ictimai-siyasi qəzet
"Avrasiyanın enerji və nəqliyyat marşrutları uğrunda rəqabət artıq təkcə Qərblə Rusiya arasındakı qarşıdurma ilə məhdudlaşmır, bu prosesdə ABŞ, Avropa İttifaqı və İranın maraqları da getdikcə daha çox toqquşur".
Musavat.com xəbər verir ki, bunu enerji təhlükəsizliyi üzrə erməni ekspert Vahe Davtyan deyib. O, qənaətini son günlər baş verən üç hadisə ilə əsaslandırıb.
Davtyan hesab edir ki, Ermənistan bir tərəfdən ABŞ-la kritik minerallar və TRIPP ("Tramp marşrutu") layihəsi üzrə əməkdaşlıq etsə də, digər tərəfdən İranla enerji əlaqələrini gücləndirməklə Avropa İttifaqına da mesaj verməyə çalışır. Onun fikrincə, bu yanaşma Ermənistanın Aİ-nin Global Gateway proqramı çərçivəsində maliyyə dəstəyi əldə etmək maraqları ilə də bağlıdır.
Davtyanın iddiasına görə, Avrasiyanın enerji və nəqliyyat qovşaqları uğrunda mübarizə artıq yalnız Qərblə Rusiya arasındakı rəqabət çərçivəsində qiymətləndirilə bilməz. Onun fikrincə, ABŞ yeni marşrutlar təklif edir, Avropa İttifaqı alternativ enerji mənbələri axtarır, İran isə beynəlxalq enerji bazarına qayıtmağa çalışır və bu prosesdə tərəflərin maraqları müəyyən məqamlarda üst-üstə düşür.
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ