İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə F-35 üçün S-400-dən imtina etməyə hazırdır - SENSASİON AÇIQLAMA

Türkiyə Rusiya istehsalı olan S-400 zenit-raket komplekslərindən imtina edəcək ki, Vaşinqton Ankaraya ən yeni F-35 qırıcılarının alınmasına icazə versin.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak bildirib.

Səfirin sözlərinə görə, Moskva tərəfindən 6 il əvvəl Türkiyəyə təhvil verilmiş S-400 kompleksləri Ankarada faktiki olaraq istifadə olunmur, lakin onların mövcudluğu ABŞ–Türkiyə münasibətlərində hələ də ciddi problemlər yaradır.

Barrak deyib:

“Əminəm ki, bu məsələlər qarşıdakı 4–6 ayda həll olunacaq”.

Əbu-Dabidə (BƏƏ) keçirilən konfransda jurnalistlərin S-400-dən imtinanın yaxınlaşdığı barədə sualına Tom Barrakın cavabı qısa olub: “Bəli”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR