İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Ukrayna məsələsində Avropa ilə fərqli mövqedədir - Hakan Fidandan AÇIQLAMA

Türkiyə Ukraynadakı müharibə və sülhə nail olmaq yolları ilə bağlı baxışlarında bir çox Avropa ölkəsi ilə fərqli mövqedədir.

Musavat.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Nyu-Yorkda ABŞ-Türkiyə münasibətlərinə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.

"Sülh naminə nə edilməli olduğuna gəldikdə, zənnimcə, mövqələrimiz üst-üstə düşmür", – deyə TASS onun sözlərini sitat gətirib.

Fidanın sözlərinə görə, Ankaranın münaqişəyə və onun həlli yollarına baxışı bir çox Avropa dövlətinin yanaşmasından fərqlənir.

Bununla yanaşı, Türkiyə XİN rəhbəri Ankaranın ABŞ prezidenti Donald Trampın Ukraynada müharibəni dayandırmağa yönəlmiş mövqeyini alqışladığını qeyd edib.

"Cənab Trampın müharibəyə son qoymağa yönəlmiş mövqeyini qoruduğunu görməkdən məmnunuq", – deyə nazir vurğulayıb.

O, Avropa ölkələrinin və ABŞ-ın əvvəlki yanaşmasının Ukraynanı dəstəkləməkdən ibarət olduğunu xatırladıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR