Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Türkiyənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı naziri İbrahim Yumaklı Xorvatiyada qəzaya uğrayan yanğınsöndürmə təyyarəsi ilə bağlı rəsmi açıqlama verib.
Nazirin sözlərinə görə, OGM-yə məxsus Air Tractor tipli təyyarənin enkazı Hırvatistanın Senj şəhəri yaxınlığında tapılıb. Qəza nəticəsində təyyarənin pilotu həlak olub.
Nazir Yumaklı bildirib: “Şəhid pilotumuza Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbir diləyirəm. Orman təşkilatımızın və aziz millətimizin başı sağ olsun”.
Qeyd edək ki, Türkiyəyə məxsus yanğınsöndürmə təyyarəsi Xorvatiyada xidmət uçuşu zamanı radardan itib və aparılan axtarışlardan sonra qəzaya uğradığı rəsmi şəkildə təsdiqlənib.
Musavat.com
02 Sentyabr 2026
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ