Onlayn ictimai-siyasi qəzet
Türkiyədə müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasında (CHP) ciddi parçalanma yaşanır. Partiyadan istefa verən bir neçə tanınmış bələdiyyə sədri rəsmən hakim Ədalət və İnkişaf Partiyasına (AKP) qoşulub.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Tuzla bələdiyyə sədri Eren Ali Bingöl, Çekmeköy bələdiyyə sədri Orhan Çerkez və Şile bələdiyyə sədri vəzifəsini icra edən Sacit Terzi rəsmi olaraq AKP cərgələrinə keçiblər.
Sözügedən siyasətçilər bir müddət əvvəl CHP-dən istefa vermişdilər.
Rəsmi keçid mərasimindən sonra Türkiyə Prezidenti, AKP sədri Rəcəb Tayyib Ərdoğan yeni partiya üzvlərinə döş nişanlarını şəxsən təqdim edib.
Bu addım Türkiyənin siyasi səhnəsində və yerli idarəetmədə müxalifətin mövqelərinə ciddi zərbə kimi qiymətləndirilir.
Musavat.com
02 Sentyabr 2026
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ