Onlayn ictimai-siyasi qəzet
İstanbulda həyata keçirilən genişmiqyaslı əməliyyat çərçivəsində 14 şübhəli şəxs barəsində hüquqi proses başladılıb.
Musavat.com "Haber Global"a istinadən xəbər verir ki, əməliyyat zamanı 11 nəfər saxlanılıb, 2 şübhəlinin axtarışı davam edir, 1 nəfərin isə xaricdə olduğu müəyyən edilib.
İstanbul Anadolu Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində, ictimaiyyətə tanınan bəzi məşhur simalara qarşı narkotik əməliyyatı keçirilib. Araşdırmalar nəticəsində həmin şəxslər barəsində "narkotik və ya psixotrop maddələri satın almaq, qəbul etmək, saxlamaq, istifadə etmək və təmin etmək" maddələri ilə saxlanılma qərarı verilib.
Baş Prokurorluqdan verilən açıqlamada, ictimai sağlamlığa qarşı törədilən cinayətlərlə mübarizə çərçivəsində istintaqın qətiyyətlə davam etdirildiyi vurğulanıb.
Barəsində saxlanılma qərarı verilən şəxslər bunlardır:
Hafsanur Sancaktutan
Emir Can İğrek
Somer Sivrioğlu
Serra Pirinç
Ogün Alibaş
Utku Ünsal
Sinem Özenç Ünsal
Elif Büşra Pekin
Ahsen Eroğlu
Burak Deniz
Mert Demir
Emre (Fel) Öztürk
Ender Eroğlu
Enes Güler
İqbal RZAYEV,
Musavat.com
06 Iyun 2026
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ