Onlayn ictimai-siyasi qəzet
Yaxın Şərqdə yerləşən qaçqın düşərgəsinin yaxınlığında Türkiyə televiziya kanalının qadın müxbiri hücuma məruz qalıb.
Musavat.com xəbər verir ki, jurnalist reportaj hazırladığı zaman yerli sakinlər tərəfindən daş-qalaq edilib.
İlkin məlumatlara görə, insident müxbirin hicab taxmaması ilə əlaqələndirilir. Hadisə çəkiliş prosesi zamanı baş verib və ərazidə gərginlik yaranıb.
Telekanal rəhbərliyi jurnalistin vəziyyətinin stabil olduğunu açıqlayıb. Bildirilib ki, o, tibbi nəzarət altındadır və həyatı üçün təhlükə yoxdur.
Şahanə Rəhimli
Musavat.com
24 Avqust 2026
23 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ