Onlayn ictimai-siyasi qəzet
NATO-nun baş katibi Mark Rütte alyansın Türkiyənin təhlükəsizliyini tam şəkildə qoruduğunu və raketdən müdafiə sistemlərinin real vəziyyətdə effektiv işlədiyini bildirib.
Musavat.com xəbər verir ki, Rütte NATO-nun bütün üzv ölkələrin ərazisini “360 dərəcə müdafiə prinsipi” ilə qoruduğunu vurğulayıb.
Onun sözlərinə görə, Türkiyəyə doğru yönələn və ABŞ maraqlarına təhlükə yarada biləcək raket barədə məlumat daxil olduqdan sonra NATO-nun raketdən müdafiə sistemləri dərhal işə salınıb.
Rütte bildirib ki, həmin raket NATO-nun raketdən müdafiə sistemləri tərəfindən havada məhv edilib.
“NATO alyansın bütün ərazisini 360 dərəcə qoruyur. Bu gün səhər Türkiyəyə doğru yönəlmiş və ABŞ maraqlarını təhdid edə biləcək raket barədə məlumat daxil oldu. Həmin raket NATO-nun raketdən müdafiə sistemləri tərəfindən məhv edildi. Deməli, bu sistem işləyir”, – deyə NATO baş katibi qeyd edib.
O əlavə edib ki, alyans üzv dövlətlərin təhlükəsizliyini təmin etmək üçün bütün imkanlarını səfərbər edir və yaranan hər hansı təhlükəyə operativ şəkildə reaksiya verməyə hazırdır.
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ