İnsanlara hürriyət, millətlərə istiqlal!

Uitkoff Moskvaya GEDİR

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun gələn həftə Moskvaya səfər etməsi ilə bağlı ilkin razılıq əldə edilib.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, “Uitkoffla birlikdə Ukrayna məsələləri ilə bağlı administrasiyadan bir sıra nümayəndələr də olacaq”.

Uşakov qeyd edib ki, Rusiya ilə ABŞ arasında münasibətlər inkişaf edir, lakin proses çətindir.

"Münasibətlər formalaşır, amma asan olmur. Bu, əsasən belə kontaktlar, o cümlədən telefon danışıqları vasitəsilə baş verir", - o vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR