İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna faktoru Avropanı silkələyir

ABŞ ordusunun istefada olan polkovniki Lourens Uilkinson cari il ərzində Ukraynadakı münaqişənin davamını dəstəkləyən üç Avropa ölkəsinin liderinin vəzifədən gedə biləcəyini istisna etməyib.

Musavat.com xəbər verir ki, o, bu fikri “Dialogue Works” yutub kanalının efirində səsləndirib.

Uilkinsonun sözlərinə görə, istefa riski Almaniya kansleri Fridrix Merts, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Kir Starmer üçün aktualdır. O qeyd edib ki, rəy sorğularına əsasən, bu üç ölkənin əhalisi Rusiya ilə müharibə istəmir, lakin liderlər Ukraynaya dəstək verməklə anti-Rusiya siyasətini davam etdirirlər. Bu səbəbdən Fransa, Almaniya və Britaniyada yeni rəhbərlərin seçilməsi ilə bağlı siyasi proseslərin başlaya biləcəyini düşünür.

Polkovnik eyni zamanda Ukraynadakı münaqişənin Avropa üçün dağıdıcı nəticələrinə diqqət çəkib:

“Bu münaqişənin davamı Ukraynanın sonu və ehtimal ki, Avropada sülhün də sonu deməkdir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR