İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna kəşfiyyatı Krımda Rusiya MiQ-29-unu məhv etdi

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə bağlı xüsusi təyinatlı “Prizraklar” bölməsi anneksiya olunmuş Krımda Rusiya Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 çoxməqsədli qırıcı təyyarəsini məhv edib.

Musavat.com xəbər verir ki, məlumat GUR tərəfindən açıqlanıb və əməliyyata aid görüntülər dərc olunub.

Kəşfiyyat idarəsinin məlumatına görə, həmin gecə zərbə yalnız təyyarə ilə məhdudlaşmayıb. Simferopol yaxınlığında yerləşən “İrtiş” aerodrom radiolokasiya kompleksi də hədəfə alınaraq sıradan çıxarılıb.

Ukrayna kəşfiyyat idarəsi əməliyyatı Krımda Rusiya hərbi infrastrukturuna vurulan növbəti yüksək dəqiqlikli zərbə kimi qiymətləndirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR