İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna od içində, qonşusu müharibəyə hazırlaşır – Tanklar üçün 120 milyon dollarlıq strateji körpü

Ukraynada müharibə davam edərkən qonşu Polşa hərbi logistika imkanlarını gücləndirəcək yeni strateji infrastruktur layihəsinə hazırlaşır.

Musavat.com xəbər verir ki, Polşanın Şetsin şəhərində Odra çayı üzərindən həm mülki, həm də hərbi məqsədlər üçün istifadə ediləcək Kłodny körpüsünün tikintisi planlaşdırılır. Layihəyə ölkənin təhlükəsizliyi baxımından strateji status verilib.

Körpü elə layihələndiriləcək ki, onun üzərindən ağır hərbi texnika, o cümlədən tanklar və zirehli transportyorlar keçə bilsin.

Sülh dövründə körpü adi şəhər infrastrukturu kimi fəaliyyət göstərəcək. O, avtomobil yollarındakı sıxlığı azaltmalı və tramvayların hərəkətini təmin etməlidir.

Müharibə və ya digər fövqəladə vəziyyət zamanı isə körpüdən hərbi texnikanın Şetsin limanına və əks istiqamətdə sürətlə daşınması üçün istifadə edilə biləcək.

Ekspertlərin fikrincə, Şetsinin yerləşdiyi ərazi hərbi logistika baxımından xüsusi əhəmiyyət daşıyır. Liman planlaşdırılan körpüdən cəmi bir neçə yüz metr məsafədədir və böhran zamanı hərbi texnikanın, eləcə də müttəfiq qüvvələrin daşınmasında istifadə oluna bilər.

Layihənin dəyəri təxminən 450 milyon zloti – 120 milyon dollar qiymətləndirilir. Şəhər rəhbərliyi tikinti üçün Polşa dövlətindən və Avropa fondlarından maliyyə dəstəyi almağı planlaşdırır.

Körpünün tikintisinin üç ildən artıq müddətdə başa çatdırılması nəzərdə tutulur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR