Onlayn ictimai-siyasi qəzet
Ukrayna reaktiv "Şahed"lərə qarşı reaktiv dronlar hazırlayıb və onlar hazırda döyüş sınaqlarından keçir.
Musavat.com xəbər verir ki, bu barədə keçmiş müdafiə naziri Fedorov məlumat verib.
Fedorov bildirib ki, Rusiya adi "Şahed"ləri tədricən reaktiv olanlarla əvəz edir. Bu isə havadakı müharibənin strategiyasının dəyişməsi deməkdir.
"Bizim reaksiyamız sürətli olmalıdır ki, hər texnoloji mərhələdə Rusiyanı məğlub etməyə davam edək", - deyə o qeyd edib.
Keçmiş nazirin sözlərinə görə, Ukrayna keçən ildən etibarən dronlar sistemli şəkildə inkişaf etdirməyə başlayıb. Nəticədə ölkə hazırda dünyanın ən müasir kiçik HVM sistemlərindən birinə sahibdir və onun təcrübəsini digər ordular da öyrənir.
Fedorov istehsalat müəssisələrindən birində olub. Qeyd edilib ki, dronlar reaktiv mühərrik sayəsində saatda 600 km sürətə çatır.
"Hal-hazırda texnologiya döyüş sınaqlarından keçir. Nəticələri və ilk təsdiqlənmiş vuruşları gözləyirik", - deyə Fedorov əlavə edib.
Musavat.com
19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ