Onlayn ictimai-siyasi qəzet
Ukrayna Silahlı Qüvvələri Pеrm diyarında yerləşən “Metafraks Chemicals” kimya zavoduna zərbə endirib.
Musavat.com xəbər verir ki, müəssisə həm Rusiyada, həm də Avropada metanol və onun törəmələrinin ən iri istehsalçılarından biridir.
Zavodda istehsal olunan metanol müxtəlif sahələrdə – yanacaq, plastik, gübrə, sintetik qatran, formalin və digər kimyəvi komponentlərin hazırlanmasında istifadə olunur.
Hücumun nəticələri barədə dəqiq məlumat açıqlanmayıb, lakin strateji müəssisəyə zərbə Moskvanın sənaye potensialına ciddi təsir göstərə bilər.
Musavat.com
09 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ