Onlayn ictimai-siyasi qəzet
Bazar günü Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin xüsusi əməliyyatı nəticəsində Rusiya Federasiyasının şimal-qərbində Komi Respublikasında yerləşən “LUKOIL-Uxtaneftepererabotka” neft emalı zavoduna zərbələr endirilib.
“Report” xəbər verir ki, bu barədə “İnterfaks-Ukraina” güc strukturlarındakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, hücuma məruz qalan müəssisə Rusiya ərazisinin dərinliklərində, Ukrayna sərhədindən iki min kilometrdən çox məsafədə yerləşir. Zərər çəkmiş obyekt Rusiya ordusunun yanacaq-sürtkü materialları ilə təmin edir.
Mənbələrin bildirdiyinə görə, pilotsuz təyyarələr neft məhsulları olan çənə dəyib, sonradan içindəkilərin ətrafa dağılmasına səbəb olub, propan-butan və benzin istehsalında istifadə olunan qaz və qaz-kondensat emalı zavodunu zədələyib.
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ