İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Türkiyəyə rəsmən müraciət etdi: Putin–Zelenski görüşü gündəmdə

Ukrayna rəhbərliyi Rusiya ilə birbaşa dialoq imkanlarını genişləndirmək istiqamətində yeni addım atıb.

Musavat.com xəbər verir ki, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib ki, rəsmi Kiyev Türkiyəyə müraciət edərək Volodimir Zelenski ilə Vladimir Putin arasında görüşün təşkilini xahiş edib.

Nazirin sözlərinə görə, bu görüşə Rəcəb Tayyib Ərdoğan və Donald Tramp da qoşula bilər. Kiyev belə bir görüşə hazır olduğunu açıq şəkildə bəyan edib.

Məsələ ilə bağlı Türkiyə tərəfi də mövqeyini ortaya qoyub. Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Prezident Ərdoğan Ukrayna üzrə sülh danışıqlarını ən yüksək – prezidentlər səviyyəsində təşkil etməyə hazırdır.

Fidan vurğulayıb ki, Ankara sülh prosesinin bütün mərhələlərində – həm texniki, həm də liderlər səviyyəsində iştirak etməyə hazırdır. Türkiyə tərəfi danışıqlar üçün platforma təqdim etməyi, təşkilati dəstək göstərməyi və tərəflər arasında konstruktiv dialoq üçün şərait yaratmağı təklif edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR