İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada aldadılaraq müharibəyə APARILDI, ƏSİR DÜŞDÜ - 64 yaşlı azərbaycanlıdan SENSASİON AÇIQLAMA - VİDEO

Ukraynada hərbi əsirlərin dəyişdirilməsi prosesi çərçivəsində Rusiya tərəfindən döyüşlərdə iştirak etmiş və əsir düşmüş azərbaycanlı Rafaellonun müsahibəsi diqqət çəkib.

Musavat.com xəbər verir ki, 64 yaşlı Raffaello Ukrayna tərəfinin "Xoçu jit" (Yaşamaq istəyirəm) layihəsinə verdiyi müsahibədə cəbhəyə necə düşməsi və orada yaşadığı dəhşətlər haqqında danışıb.

Bakıda doğulduğunu və Rusiya vətəndaşı olduğunu bildirən Rafaello, cəbhəyə aldadılaraq aparıldığını deyib:

"Mənə söz vermişdilər ki, yalnız sürücü kimi işləyərəm. Bütün kateqoriyalar üzrə sürücülük vəsiqəm var, 18 il böyük maşınlar sürmüşəm. Məni tanıyan bir həmyerlim and içərək söz verdi, mən də inandım. Müqavilə bağladıqdan sonra Voronejə, oradan isə "Ural" maşınları ilə birbaşa Ukraynadakı döyüş zonasına göndərdilər. Hər şey yalandır, bizi sadəcə aldatdılar".

Xidmət etdiyi müddətdə ağır yaralanan və fevralın 18-dən bəri əsirlikdə olan azərbaycanlı müharibədə üzləşdiyi dəhşətli anları belə təsvir edib:

"Döyüşlər zamanı 8 qabırğam sınıb, gözlərim zəifləyib. Mən üzərimizə gələn və blindaja girmək istəyən partlayıcılı PUA-ları əlimlə tutub söndürən tək-tük adamlardanam. Yanımdakı yoldaşlarımla birgə 4 dronu əlimlə tutub zərərsizləşdirmişəm. Bunu hər adam edə bilməz, gərək ürəyin olsun".

Ailəsindən söz açan 64 yaşlı əsir 4 övladı, 6 nəvəsi olduğunu və onları dolandırmaq üçün çalışdığını bildirib. O, onu aldadaraq müharibəyə göndərən şəxsə də səslənərək onun məsuliyyət daşıdığını vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Avqust 2026

22 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR