İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynadan QİSAS əməliyyatı: Rusiyada ÖLƏNLƏRİN sayı artdı – Deputatla CANLI

Rusiyada partlayıcı maddələrin istehsalı üçün konsentratlar istehsal edən kimya zavoduna dron hücumu nəticəsində 7 nəfər ölüb, 10 nəfər yaralanıb. Smolensk vilayətinin qubernatoru Vasili Anoxin bildirib. Anoxin zavoda hücumdan sonra vilayətdə təxliyə elan oluna biləcəyini qeyd edib. Qubernator vəziyyətin nəticələrini qiymətləndirmək üçün aidiyyəti qurumların mütəxəssislərinin cəlb ediləcəyini vurğulayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna, Rusiya və ABŞ arasında növbəti üçtərəfli danışıqların martın əvvəlində keçirilməsinin planlaşdırıldığını açıqlayıb.

“Görüş bizim fikrimizcə, martın əvvəlində olacaq”, - Zelenski bildirib. Ukrayna Prezidenti əlavə edib ki, 26 fevralda Cenevrədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustəm Umerovla ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun görüşü keçiriləcək.

“İlk mövzu - Ukraynanın bərpası paketidir, onun detalları müzakirə ediləcək. İkinci mövzu - üçtərəfli görüşün hazırlanmasıdır. Üçüncü mövzu isə mübadilədir. Umerov mübadilə detalları haqqında danışacaq”, - Zelenski qeyd edib.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi deputat Rizvan Nəbiyevlə müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR