İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın başının bəlası olan ÜÇ ÖLKƏ - liderləri yenə baş-başa veriblər

Slovakiyanın baş naziri Robert Fiko Avropa İttifaqının Ukrayna üçün ayırdığı 90 milyard dollarlıq kreditin ölkəsi tərəfindən bloklanacaını istisna etməyib və Rusiya neftinin Avropanın enerji təhlükəsizliyini gücləndirəcəyini bildirib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Robert Fiko Macarıstan baş naziri Viktor Orbanın nümunəsini izləyərək Slovakiyanın nəticədə Aİ-nin Ukrayna üçün 90 milyard avroluq kreditinin bloklanmasına qoşula biləcəyinə işarə edib.

Bundan əlavə, Slovakiya hökumətinin başçısı “Drujba” neft kəməri ilə bağlı vəziyyəti təkrarlayıb. Onun sözlərinə görə, dayandırılma "yalnız siyasi səbəblər" və "Rusiyaya nifrət" ilə bağlıdır.

Qeyd edək ki, son dörd ildə Rusiyadan başqa daha iki ölkə Ukraynanın başının bəlasına çevrilib. Bunlar Macarıstan və Slovakiyadır. Bu iki ölkənin rəhbərləri hər fürsətdə Avropadan Ukraynaya edilən hərbi, maddi, siyasi yardımları sabotaj edir, həmişə Rusiyanın lobbiçiliyini edir, Ukrayna liderlərini isə müxtəlif ittihamlara məruz qoyurlar.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR