İnsanlara hürriyət, millətlərə istiqlal!

Uralda şok: Silah dolu yük maşını koloniya baryerini yarmaq istədi

Ural bölgəsində yerləşən IK-47 cəzaçəkmə müəssisəsinin (koloniyasının) giriş-nəzarət məntəqəsində təhlükəsizlik əməkdaşları silah-sursat dolu yük maşınını saxlayıblar.

Musavat.com nəzarət zamanı avtomobildə AK avtomatı və patronlar, həmçinin tapança, əl qumbarası, taktiki dəbilqə və hərbi tipli çanta aşkar edilib.

Məlumata görə, sürücü nəzarətçilərin suallarına məntiqi izah verə bilməyib və onun davranışı şübhə doğurub. Hadisə yerinə çağırılan operativ qrup tərəfindən sürücü dərhal həbs edilib.

Hadisə ilə bağlı qanunsuz silah və sursat saxlanılması, daşınması və partlayıcı maddələrin dövriyyəsi maddələri üzrə cinayət işi açılıb. İstintaq koloniya ərazisinə silahların hansı məqsədlə gətirilmək istənildiyini araşdırır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR