Onlayn ictimai-siyasi qəzet
Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Musavat.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərin Cəmil Əliyev küçəsində qeydə alınıb.
Belə ki, sərnişin daşıyan "Ford" markalı mikroavtobusun sürücüsü sükan arxasında qəfil vəfat edib. Nəticədə idarəetmədən çıxan nəqliyyat vasitəsi yol kənarında dayanmış minik avtomobilinə çırpılıb.
İlkin ehtimala görə, mikroavtobusun sürücüsü, 1962-ci il təvəllüdlü Elxan Salahov ürək çatışmazlığından dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
10 Sentyabr 2026
00:14 SON DƏQİQƏ: Soçiyə dəhşətli hücum başladı - Şəhərdə güclü partlayışlar, əhali panikada - VİDEO
09 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ