İnsanlara hürriyət, millətlərə istiqlal!

"Uşaqlarım 3 ay mənsiz qaldı, böyük "stress" yaşadılar"

Müğənni Rəqsanə İsmayılova açıqlaması ilə diqqət çəkib.

Musavat.com xəbər verir ki, 4 uşaq anası olan sənətçi övladlara olan sevgisindən və uşaqlarla bağlı düşüncələrindən danışıb. O bildirib ki, uşaqları çox sevdiyi üçün böyük ailəyə sahib olmağı seçib.

İsmayılova uşaqların hər zaman xoşbəxt olmasını arzuladığını vurğulayıb. Müğənninin sözlərinə görə, balacaların gözlərində kədər deyil, sevinc görmək onun üçün ən böyük arzudur.

Sənətçi övladlarının 3 ay ondan uzaq qaldığını və bunun onlara mənfi təsir etdiyini - böyük stres yaşadıqlarını qeyd edib. O, valideynlərin imkan daxilində daim övladlarının yanında olmasının vacibliyini vurğulayıb.

Rəqsanə İsmayılova bütün uşaqlar üçün xoşbəxt gələcək arzuladığını bildirib:

"Öz övladlarıma arzuladığım hər şeyi dünyanın bütün uşaqları üçün istəyirəm. Onların gələcəyi gözəl və firavan olsun".

Müğənni müharibələrin uşaqların həyatına vurduğu zərbələrdən də danışıb. O qeyd edib ki, silahlı münaqişələr zamanı ən çox əziyyət çəkənlərdən biri məhz uşaqlardır. Valideynlərini itirən, yaralanan və doğma yurdlarından didərgin düşən uşaqların taleyi onu dərindən təsirləndirir.

Sənətçi həmçinin uşaq evlərinə tez-tez baş çəkdiyini və oradakı uşaqlarla görüşlərin onda xüsusi hisslər yaratdığını bildirib. Onun sözlərinə görə, hər dəfə həmin uşaqlarla ünsiyyətdə olduqda fərqli duyğular yaşayır.

Rəqsanə İsmayılovanın uşaqlarla bağlı səsləndirdiyi fikirlər sosial şəbəkələrdə maraqla qarşılanıb və izləyicilər tərəfindən müsbət rəylərlə qarşılanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR