İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşinqton görüşündən bir il ötür: Azərbaycan-Ermənistan sülhündə NƏ DƏYİŞDİ?

8 avqust 2025-ci il Azərbaycan tarixində 8 noyabr 2020-ci il qədər əhəmiyyətli bir tarixdir. Məlum olduğu kimi, həmin Azərbaycanla Ermənistan Vaşinqtonda keçirilən zirvə görüşündə sülh mətnini parafladılar. Bununla da Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ lideri Donald Tramp arasında keçirilən zirvə görüşündə Azərbaycanla Ermənistan böyük bir yeni səhifənin təməlini qoydular, yeni bir səhifənin açılması mərhələsinə keçid etdilər. Bu isə sülh mətninin paraflanması idi.

Bir il ərzində Azərbaycanla Ermənistan sülh yolunda çox böyük tarixi irəliləyiş əldə ediblər. İndi yalnız tərəflər arasında yekun sülh sənədinin imzalanması qalır. Təbii ki, bu da Ermənistan Konstitusiyasına ediləcək dəyişiklikdən asılıdır. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları yer almaqdadır və İrəvan bu dəyişikliyi etdikdən sonra Bakı ilə İrəvan arasında sülh müqaviləsi imzalana bilər.

Amma bu bir il ərzində tərəflər sülh yolunda xeyli irəliləyiş əldə etdilər. İlk növbədə, imzalanan və paraflanan bu sənəddən sonra Azərbaycandan tranzit keçməklə Ermənistana Rusiya və Qazaxıstandan taxıl, gübrə, kömür və digər məhsulların daşınması həyata keçirilir.

Eyni zamanda Azərbaycanın neft məhsulları da Ermənistana ixrac olunmaqdadır. Həmçinin rəsmi səviyyədə tərəflər arasında təmaslar var. Sülh gündəliyinin inkişaf etdirilməsi, eyni zamanda delimitasiya məsələlərinin genişləndirilməsi və inkişafı ilə bağlı, təbii ki, rəsmilər arasında vaxtaşırı müzakirələr aparılmaqdadır.

Daha ətraflı məlumatı TV Musavat-da aparıcı Emil Salamoğlunun hazırladığı süjetdən izləyə bilərsiniz.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR