Onlayn ictimai-siyasi qəzet
ABŞ və İran arasında ilkin sülh sazişi üzrə danışıqlarda ciddi irəliləyiş əldə olunub, lakin sənədin detalları hələ tam razılaşdırılmayıb.
Musavat.com xəbər verir ki, The New York Times nəşrinin məlumatına görə, tərəflər arasında hazırlanan ilkin razılaşma sənədi hələ imzalanmayıb və yekun qərar ABŞ prezidenti Donald Tramp ilə İranın ali dini rəhbəri arasında təsdiqlənməlidir.
Məlumata görə, Tramp danışıqları aparan nümayəndələrə razılaşmanın imzalanmasına tələsməməyi tapşırıb. O, daha əvvəl Vaşinqton və Tehran arasında sazişin əsasən razılaşdırıldığını açıqlamışdı.
Nəşrin mənbəsi bildirir ki, hazırda İranın yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının utilizasiyası mexanizmi də müzakirə olunur. Bununla yanaşı, ilkin sənəd İranın raket proqramını əhatə etmir və uranın zənginləşdirilməsi ilə bağlı məhdudiyyət nəzərdə tutmur.
Qeyd olunur ki, bu məsələlərin gələcək danışıqlar mərhələsində ayrıca müzakirəyə çıxarılması planlaşdırılır.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ