Onlayn ictimai-siyasi qəzet
İran və Birləşmiş Ştatlar iki ölkə arasında mövcud olan 60 günlük atəşkəs rejiminin uzadılması barədə ilkin razılığa gəliblər.
Musavat.com xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı öz etibarlı diplomatik mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, tərəflər regionda gərginliyin daha da azaldılması və diplomatik danışıqlar üçün əlverişli şəraitin saxlanılması məqsədilə atəşkəs müddətinin uzadılmasına razılıq veriblər.
Razılaşmanın detalları və rəsmi şərtləri barədə yaxın vaxtlarda əlavə bəyanatın veriləcəyi gözlənilir.
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ