Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp növbəti sərt və mübahisəli açıqlamaları ilə gündəmə gəlib.
Musavat.com xəbər verir ki, Tramp çıxışında bildirib ki, əgər ABŞ vaxtilə Qasım Süleymanini zərərsizləşdirməsəydi, İran tərəfi bu gün “daha güclü və daha ağıllı” ola bilərdi.
O, həmçinin enerji bazarlarına toxunaraq müəyyən müddət neft qiymətlərinin yüksək qala biləcəyini, lakin proses başa çatdıqdan sonra qiymətlərin aşağı düşəcəyini düşündüyünü qeyd edib.
Tramp İspaniya ilə bağlı da diqqətçəkən fikirlər səsləndirib. ABŞ-nin İspaniyadakı hərbi bazalardan istifadə üçün icazəyə ehtiyac duymadığını vurğulayan prezident, zərurət yaranarsa həmin bazalardan istifadə ediləcəyini bildirib. Eyni zamanda, Vaşinqtonun İspaniya ilə ticarət əlaqələrini dayandıra biləcəyini də istisna etməyib.
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ