İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşinqtonun gizli dosyesi sızdı – İranda ağır itkilərin miqyası məlum oldu

İran müharibəsinin ilk mərhələsi ilə bağlı yeni sənədlər ABŞ ordusunun itkilərinin rəsmi açıqlanandan daha ağır olduğunu göstərir.

Musavat.com xəbər verir ki, The War Horse nəşrinin yaydığı məlumata görə, ABŞ Müdafiə Nazirliyinin yeni əldə edilən sənədlərində 28 fevral–8 aprel tarixləri arasında Amerika hərbçilərinin itkiləri barədə indiyədək ictimaiyyətə açıqlanan ən ətraflı məlumatlar yer alıb.

Sənədlərə əsasən, bu müddətdə 400-dən çox hərbçi həlak olub və ya yaralanıb. Onlardan azı 17 nəfərin aldığı xəsarətlərin həyat üçün təhlükəli olduğu bildirilib.

Ən çox qeydə alınan xəsarət növü kəllə-beyin travmaları olub. Ümumilikdə azı 170 belə halın qeydə alınması beyin travmalarının bu münaqişənin əsas xüsusiyyətlərindən birinə çevrilə biləcəyi ilə bağlı narahatlıq yaradıb.

The War Horse daha əvvəl ictimaiyyətə açıqlanmayan bir neçə kütləvi itki hadisəsi barədə də məlumat yayıb. Bildirilir ki, martın 18-də 70, martın 3-də isə 29 ABŞ hərbçisi həlak olub. ABŞ Mərkəzi Komandanlığı bu itkilər barədə heç vaxt ictimai məlumat verməyib.

Məlumata görə, martın 1-də Küveytin Şuayba limanına pilotsuz uçuş aparatı ilə endirilən zərbə zamanı briqada generalı Klint Barns və general-mayor Bred Hinson da baş nahiyəsindən xəsarət alıblar.

Bu məlumatların TheIntelFrog tərəfindən “Epic Fury” əməliyyatı zamanı tibbi evakuasiya uçuşları ilə bağlı real vaxta yaxın yayımlanan məlumatlarla da üst-üstə düşdüyü bildirilir.

Həmin məlumatlarda tibbi evakuasiya reyslərinin intensivliyinin ABŞ hərbçiləri arasında itkilərin Pentaqonun rəsmi açıqladığı rəqəmlərdən daha çox olduğuna işarə etdiyi dəfələrlə vurğulanmışdı.

Yeni yayımlanan sənədlər bu qiymətləndirməni təsdiqləyən müstəqil sübutlar kimi təqdim olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2026

25 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR