Onlayn ictimai-siyasi qəzet
ABŞ vitse-prezidenti J.D.Vens 2028-ci ildə prezidentliyə namizəd olub-olmamaq barədə hələ qərar vermədiyini deyir.
Musavat.com xəbər verir ki, bu barədə o, Reuters agentliyinə verdiyi müsahibədə danışıb:
"Mən təbiətcə qərar qəbul etməyi daim təxirə salanam. Hələ ki, bu barədə çox düşünməmişəm".
"Politico"nun məlumatına görə, 9-10 sentyabr tarixlərində Texasın Dallas şəhərində Respublikaçıların Milli Konqresi çərçivəsində keçirilən qapalı tədbirdə iştirakçılar Vensi növbəti prezident kimi qarşılayıblar. 7 avqustda ABŞ-ın hazırkı prezidenti Donald Tramp 2028-ci il seçkilərində Vensi prezidentliyə namizəd kimi açıq şəkildə dəstəkləməyə hələ hazır olmadığını bildirib.
Qanuna görə, Trampın prezident kimi ikinci müddətinin 2029-cu ilin yanvarında başa çatması planlaşdırılır. 1951-ci ildə qəbul edilmiş ABŞ Konstitusiyasına 22-ci düzəliş prezidentin iki müddətdən artıq vəzifədə qalmasını məhdudlaşdırır. Lakin hazırkı Amerika lideri dəfələrlə üçüncü müddətə yenidən seçilmək ehtimalını qaldırıb.
Musavat.com
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ