İnsanlara hürriyət, millətlərə istiqlal!

WhatsApp Rusiya internet məkanından tam yoxa çıxdı

WhatsApp domeninin Rusiyanın Milli Domen Adları Sistemi reyestrindən silindiyi bildirilir.

Musavat.com xəbər verir ki, söhbət “suveren Runet” qanunu çərçivəsində yaradılmış infrastruktur – Milli Domen Adları Sistemi (NSDI) barədə gedir. Məlumata görə, WhatsApp domeni bu sistemin qeydlərindən çıxarılıb.

Bu isə o deməkdir ki, messencerə giriş adi üsulla mümkün olmaya bilər və istifadəçilər yalnız VPN vasitəsilə platformaya daxil ola bilərlər. Qeyd olunur ki, bu addım xidmətin sadəcə ləngidilməsi deyil, tənzimləyici sistem səviyyəsində tam deaktiv edilməsi anlamına gəlir.

Daha sonra məlum olub ki, eyni vəziyyət WhatsApp domeni ilə yanaşı bir sıra digər resurslara da şamil edilib. Bildirilir ki, Roskomnadzor-un DNS serverləri bazasında YouTube, Facebook, Instagram, Messenger və Torproject kimi platformalar da yer almır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR