İnsanlara hürriyət, millətlərə istiqlal!

Xaçmazda avtomobillər toqquşub, 9 nəfər ağır xəsarət alıb

Xaçmaz rayonunda baş verən yol qəzası nəticəsində xəsarət alan doqquz şəxsin kimliyi məlum olub.

Gəndov-Yalama avtomobil yolunun rayondan keçən hissəsində 50-DM-669 dövlət nömrə nişanlı VAZ-2106 və 22-BO-608 dövlət nömrə nişanlı VAZ-2107 markalı minik avtomobillərinin toqquşması nəticəsində Naxçıvan sakini, 1988-ci il təvəllüdlü P.Əlixanova, Ağsu rayon sakinləri; 1997-ci il təvəllüdlü S.İsmayılov, 1993-cü il təvəllüdlü İ.İsmayılov, Şabran rayon sakinləri; 1972-ci il təvəllüdlü A.İbrahimov, 1964-cü il təvəllüdlü, İ.İsmayılov, 1995-ci il təvəllüdlü Z.İsmayılova, 1991-ci il təvəllüdlü F.Məmmədova, 2011-ci il təvəllüdlü Ə.Məmmədova və 2015-ci il təvəllüdlü, R.Məmmədova müxtəlif dərəcəli xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

***

Gəndov-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Çarxı kəndindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Report-un məlumatına görə, "VAZ-2107" və "VAZ-2106" markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində doqquz nəfər ağır xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobilləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparıliblar. Hazırda onların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR