İnsanlara hürriyət, millətlərə istiqlal!

Xameneinin rəsmi saytı ABŞ gəmisi ilə bağlı GÖRÜN NƏ PAYLAŞDI - FOTO

Dünən İranın ali rəhbəri Əli Xameneinin çıxışından sonra onun rəsmi “Khamenei.ir” internet saytında ABŞ-nin USS Gerald R.Ford təyyarədaşıyan gəmisinə işarə edən və süni intellektlə hazırlanmış təsvir paylaşılıb.

Musavat.com "Azad İran"a istinadən xəbər verir ki, görüntüdə gəmi məzara endirilən tabut kimi təsvir olunub.

Saytda qeyd edilib ki, vizual material “ABŞ prezidentinin təhdidlərinə” cavab xarakteri daşıyır.

Təsvirin kənarında Xameneyinin dünənki çıxışında ABŞ təyyarədaşıyan gəmilərinin İran sərhədlərinə yaxın yerləşdirilməsinə toxunaraq dediyi sözlərə istinad edilərək yazılıb:

“Təyyarədaşıyan gəmi, şübhəsiz ki, təhlükəli bir texnikadır. Ancaq daha təhlükəlisi həmin gəmini dənizin dibinə göndərə bilən silahdır”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2026

09 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR